• çərşənbə, 17 Aprel, 02:49
  • Baku Bakı 14°C

Nazir: “Peşə təhsili sistemində həllini gözləyən problemlər və çətinliklər mövcuddur”

12.05.17 14:30 949
Nazir: “Peşə təhsili sistemində həllini gözləyən problemlər və çətinliklər mövcuddur”
"Son illər obyektiv səbəblərə görə ölkənin peşə təhsili sistemində bir sıra həllini gözləyən problemlər və çətinliklər mövcuddur".APA-nın xəbərinə görə, təhsil naziriMikayıl CabbarovPeşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışında bildirib ki, bura ilk olaraq maddi-texniki baza ilə bağlı məsələləri aid etmək olar. Nazirin sözlərinə görə, peşə təhsili müəssisələrində qaçqın və məcburi köçkün vətəndaşların yerləşdirilməsi təbii olaraq həm təhsil prosesinə çətinliklər yaradır, həm də müəssisələrin özlərinin maddi-texniki bazasına mənfi təsir göstərib.
M.Cabbarov qeyd edib ki, peşə təhsili sahəsində idarəetmədə olan boşluqlardan irəli gələn məsələlər, bu sistemə qəbul, hazırlıq prosesi zamanı, yekun qiymətləndirmə prosesində bir çox xoşagəlməz hallar baş verib: "Nəticə etibarı ilə peşə təhsili müəssisənin diplomunu əldə etmiş məzun bir çox hallarda əmək bazarında tələb olunan kompitensiyalara malik olmayıb. Belə olduğu təqdirdə peşə təhsilinin nüfuzu istər-istəməz aşağı düşür, istər işə götürənlər, istərsə də cəmiyyət tərəfindən ona olan inam azalır. Bu və ya digər sahədə olan problemlərin həlli məqsədilə prezident tərəfindən Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan yeni ixtisaslaşmış qurumun - Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və buna paralel peşə təhsili sistemi sisteminin islahatına başlanılıb”.
banner

Oxşar Xəbərlər