Nazir “olmaz” deyir, klublar futbolçuları çağırır
"Yuventus” məşqləri bərpa
etməyi planlaşdırır.
Kaspi.az xəbər verir ki,
klub rəhbərliyi İtaliyadan kənarda olan bütün futbolçulara qayıtmaqla bağlı
göstəriş verib. İtaliyada karantin qaydaları nisbətən yüngülləşdirilib və
klublara mayın 4-dən etibarən məşqləri bərpa etməyə icazə verilib.
Artıq "Roma”, "İnter”,
"Napoli”, "Sassuola”, "Boloniya”da futbolçulara qayıtmaqla bağlı göstəriş
verib.
Ancaq o da bildirilir ki,
xaricdən İtaliyaya qayıdan hər bir futbolçu 14 gün karantində saxlanılacaq.
Amma çox qəribədir ki,
İtaliyanın idman naziri Vinçentso Spadafora klubların məşqləri bərpa etməsinə
icazə verilmədiyini deyib: "Mən bir neçə qəribə məlumata rast gəldim. Mənim
futbolla bağlı mövqeyimdə heç bir dəyişiklik yoxdur. Komandaların məşqə
başlamasına mayın 18-dən icazə veriləcək”.