• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

Nazir odun puluna görə konkret faktlar istəyir

04.12.13 11:37 1193
Nazir odun puluna görə konkret faktlar istəyir
“Bakı məktəblərinin istilik sistemi ilə təchizatı istiqamətində müvafiq hazırlıq işləri görülüb. Bir sıra məktəblərdə bu işlər başa çatdırılsa da, digərlərində hələ də davam etdirilir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov məktəblərin qış mövsümünə hazırlığı məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkənin digər bölgələrdə isə məktəblərin istiliklə təchizatı məsələsi yerli icra hakimiyyət orqanları tərəfində həyata keçirilir və keçirilməlidir. M. Cabbarov qeyd edib ki, bu da Azərbaycan təhsil sisteminin maliyyələşdirilməsi xüsusiyyətlərindən irəli gəlir.
M.Cabbarov bəzi region məktəblərində odun pulunun yığılması ilə bağlı sualı da cavablandırıb. Nazir qeyd edib ki, əgər regionlardakı məktəblərdə şagirdlərdən odun pulu məqsədilə hansısa vəsait yığılırsa, bununla bağlı Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin.
banner

Oxşar Xəbərlər