• cümə, 29 Mart, 14:11
  • Baku Bakı 14°C

Nazir neftin hazırkı qiymətləri barədə

22.04.19 17:57 462
Nazir neftin hazırkı qiymətləri barədə
Hazırda neft qiymətləri qənaətbəxş səviyyədədir, dekabrda əldə olunmuş OPEK+ sazişinin icra səviyyəsi isə hər ay artır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, iyun ayında neft hasilatının azaldılması barədə yeni qərarın qəbul edilməsi bir sıra geosiyasi amillərdən, o cümlədən müəyyən mənada neftin kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq:
"Azərbaycan OPEK+ sazişi imzalandıqdan bəri onun fəal iştirakçısıdır”.
Nazir əlavə edib ki, ötən il ölkənin mənfəət neftindən və qazdan gəlirləri 9,8 milyard dollara bərabər olub.
banner

Oxşar Xəbərlər