AZE | RUS | ENG |

Nazir: "Neft bazarında böhranın olmaması üçün ehtiyatların kəskin azalması nəzərə alınmalıdır"

Nazir:
"Ötən dövr ərzində OPEC+ formatında çox məhsuldar əməkdaşlıq olub".
 
"APA-Economics"in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində beynəlxalq səviyyədə neft qiymətləri sabitləşib: "Bu sahədə son zamanlarda gördüyümüz nəticələr göz qabağındadır. Biz bunu nəzərə alaraq Vyana prosesinə qoşularaq danışıqlarda bilavasitə iştirak edəcəyik. Düşünürəm ki, Vyanda hal-hazırda ötən dövr ərzində əldə olunan nəticələr dərindən təhlil və müzakirə olunacaq. Sözsüz ki, bu vəziyyətin gələcəkdə də bu şəkildə idarə edilməsi haqqında növbəti addımlar atılacaq".
 
P.Şahbazov qeyd edib ki, Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq: "Nəzərə almaq lazımdır ki, ötən dövrdəki vəziyyətlə indiki vəziyyət arasında fərq var. Vəziyyət bir qədər dəyişib. Ümumi neft ehtiyatları azalmaqdadır və son zamanlarda kəskin azalmalar baş verib. Biz mütləq bunu da nəzərə almalıyıq ki, növbəti dövrdə kəskin vəziyyət yaranmasın, bu sahədə böhran olmasın. Bütün bunları nəzərə alaraq  çox güman ki, rejimin yumşalmasına həsr olunan müzakirələr baş verəcək. Amma bunun nəticəsi necə olacaq bu, artıq OPEC+ formatında öz əksini tapacaq".
 
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində  Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. P.Şahbazov Vyanada OPEC-in "Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək. Energetika nazirinin "Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa energetika nazirinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da  iştirakı planlaşdırılır.
 
Pərviz Şahbazov  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 23 iyun 2018-ci il tarixində keçiriləcək 174-cü iclası  çərçivəsində  OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.
 
Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi  məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.
 
Xatırladaq ki, 2016-cı il  noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000