• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

Nazir müşaviri: “Ermənistanın BTC-yə zərər vurmaq planları qeyri-realdır”

08.10.20 18:37 976
Nazir müşaviri: “Ermənistanın BTC-yə zərər vurmaq planları qeyri-realdır”

"Qarabağda aparılan döyüş əməliyyatları Bakının neft sahəsində öz öhdəliklərini yerinə yetirməsinə təsir etməyəcək. Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərər vurmaq planları qeyri-realdır. Neft kəməri yüksək səviyyədə qorunur".
"Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti və ordusunun Bakı-Tbilisi-Ceyhan neft kəmərinə ziyan vurulması cəhdi daha çox simvolik səciyyə daşıyır: "Bu müharibə coğrafiyasının genişləndirilməsi, müharibəyə üçüncü tərəflərin cəlb edilməsi cəhdidir. Kəmərin mühafizə səviyyəsini, müvafiq xidmətlər tərəfindən həyata keçirilən bütün tədbirləri nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, Ermənistanın bu planı qeyri-realdır”.
O əlavə edib ki, Qarabağdakı döyüş əməliyyatları Azərbaycanın neft sahəsində öz öhdəliklərini yerinə yetirməsinə təsir etməyəcək. Bakı-Tbilisi-Ceyhan layihəsinin öz məntiqi və tərəfdaşlar qarşısında Azərbaycan tərəfindən uzun illərdir tam məsuliyyətlə yerinə yetirilən və bundan sonra da yerinə yetiriləcək öhdəlikləri mövcuddur. Bunun dəyişəcəyini düşünməyə isə heç bir səbəb yoxdur”.
Qeyd edək ki, çərşənbə axşamı Azərbaycanın Baş Prokurorluğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayonu ərazisindən keçən hissəsinin Ermənistan tərəfindən raket atəşinə məruz qalması barədə məlumat verib. Azərbaycan Prezidentinin köməkçisiHikmət Hacıyevbildirib ki, raket neft borusundan10metr məsafədə yerə düşüb.
Həmin gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bu məlumatı təkzib edərək bəyan edib ki, neft və qaz infrastrukturu erməni tərəfinin hədəfi deyil. İldə50mlnton otürmə qabiliyyəti olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə Xəzər dənizi şelfindəki müqavilə əsasında "Azəri-Çıraq Günəşli” yataqlarından çıxarılan neft daşınır. 1,7 min km-dən çox uzunluğu olan magistral xətti, həmçinin, Türkmənistan, Qazaxıstan və Rusiya neftinin daşınması üçün istifadə olunur. Neft kəməri 2006-ci ildə istismara verilib.
banner

Oxşar Xəbərlər