• cümə, 26 Aprel, 16:14
  • Baku Bakı 23°C

Nazir müavinindən Ebola açıqlaması

14.10.14 15:35 924
Nazir müavinindən Ebola açıqlaması
“Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma dünya ölkələrinin yüksək marağı təqdirəlayiq haldır. Təəssüflər olsun ki, bəzi KİV-də Ebola xəstəliyi olan ölkələrdən iştirakçılara qarşı xüsusi məhdudiyyətlərin qoyulduğu haqqında yanlış məlumatlar yayılıb. Biz dinindən, milliyyətindən, irqi mənsubiyyətindən asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol vermirik və bütün ölkələrdən qeydiyyatdan keçmiş iştirakçıları qəbul etməyə hazırıq”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini qeyd edib ki, tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycan üçün bu forumun yüksək səviyyədə keçirilməsi ən ümdə məsələdir: “İştirakçıların sayı ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, hər bir beynəlxalq tədbirdə olduğu kimi, bizim Forumun da əsas təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkələr üçün kvotalar müəyyən edilib və bu kvotalar bütün ölkələr üçün eynidir. Problem ondadır ki, bəzi ölkələr ayrılmış kvotadan daha çox namizədlər irəli sürüblər və biz tədbirin şərtlərinə riayət edərək bunun mümkün olmadığını həmin ölkələrin nəzərinə çatdırmışıq”.
Qeyd olunub ki, oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumunda 115 ölkənin iştirakı bu günə qədər hökumət tərəfindən təsdiqlənib.
Foruma 41 ölkədən gələn nümayəndə heyətinə nazir, 12 ölkədən – gənclər siyasətinə məsul ən yüksək qurum rəhbəri (nazir statusunda), 20 ölkədən – nazir müavini, 42 ölkədən – şöbə müdirləri qatılacaq. Oktyabrda baş tutacaq Forumda ümumilikdə 700 nəfərin iştirakı gözlənilir.
banner

Oxşar Xəbərlər