• şənbə, 20 Aprel, 17:42
  • Baku Bakı 23°C

Nazir müavini: «Valyuta ehtiyatları artıq 50 mlrd. dolları keçib»

13.03.14 15:35 1076
Nazir müavini: «Valyuta ehtiyatları artıq 50 mlrd. dolları keçib»
Azərbaycan Milli Məclisində bu gün MDB-nin Parlamentlərarası Assambleyası Büdcə nəzarəti Komissiyasının iclası keçirilib.
Parlamentdən APA-ya verilən məlumata görə, iclası Qırğızıstan parlamentinin (Joqorku Keneş) üzvü Maksat Sabirov açıb.
O çıxış edərək Komissiyanın 2013-cü ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Çıxış edən Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasın Bakıda keçirilməsinin MDB ölkələri arasında əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkəmizin son 10 ildə sosial-iqtisadi inkişafına dair məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı daha da sabit olub, sürətli inkişaf əldə edilib. Nazir müavini bildirib ki, bu gün Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır: «Son 10 ildə iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkələrdəndir. Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 70%-dən çoxu Azərbaycanın payına düşür». N.Səfərov bildirib ki, son illər iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu xeyli artıb, yeni sənaye müəssisələri yaradılıb: «Azərbaycanın strateji valyuta ehtiyatları dəfələrlə artaraq artıq 50 mlrd. dolları keçib».
Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunub.
Qırğızıstan parlamentinin üzvü M.Saöirov Komissiyanın növbəti müddətə sədri seçilib.
Toplantıda həmçinin MDB PA-nın 2014-cü il üçün iş planı, «MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında» qərar layihəsi müzakirə olunub, maliyyə və təşkilati məsələlərə baxılıb. Bundan başqa, MDB Dövlət başçıları Şurası və MDB Hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Yığıncaqda Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinlənilib.
banner

Oxşar Xəbərlər