• cümə, 19 Aprel, 09:01
  • Baku Bakı 13°C

Nazir müavini: “Valideyn himayəsindən məhrum olmuş gənclər üçün üçüncü bina tikilir”

18.05.17 12:10 1275
Nazir müavini: “Valideyn himayəsindən məhrum olmuş gənclər üçün üçüncü bina tikilir”
Azərbaycanda imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq dövlət nəzarətində yaşayır.
APA-nın məlumatına görə, bunu Milli Məclisdə təşkil olunan dinləmələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.
O qeyd edib ki, bu uşaqlar nazirliyin balansında olan sosial xidmət müəssisələrində saxlanılırlar: "2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü binanın inşasına başlanılıb. Bizim belə binaların sayını artırmağa, bu cür gənclərin problemini aradan qaldırmağa imkanımız var”.

İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olnmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib.
banner

Oxşar Xəbərlər