AZE | RUS | ENG |

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı
Şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir.

Trend-in məlumatına görə, bunu "Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir.

Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları barədə məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənənləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb: "Mütaliə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Təhsil Nazirliyi mütaliəyə ciddi diqqət ayırır".

M.Vəliyeva ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299