• çərşənbə axşamı, 23 aprel, 23:54
  • Baku Bakı 20°C

Nazir müavini: TAP Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək

08.10.18 21:01 550
Nazir müavini: TAP Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək
Transadriatik qaz kəməri (TAP) Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək.
Bunu Trend-ə Albaniya infrastruktur və energetika nazirinin müavini Enis Aliko deyib.
O bildirib ki, TAP konsorsiumu Fieri şəhərinin yaxınlığında boru kəmərinin çıxış nöqtəsini tikəcək:
"Bu, Albaniyaya TAP vasitəsilə qaz almağa imkan verəcək. Bu, həmçinin qazla işləyən Vlyora elektrik stansiyasının işini bərpa etməyə kömək edəcək”.
Nazir müavini əlavə edib ki, bu qaz kəməri Albaniyaya iki neft emalı zavodunu, eləcə də Fieridə ağır neft istehsalı zavodunu qazla təmin etməyə imkan verəcək:
"TAP ölkəni tamamilə qazlaşdırmağa imkan verəcək və bunun sayəsində ölkə payız-qış dövrlərində elektrik enerjisi idxal etməli olmayacaq”.
banner

Oxşar Xəbərlər