• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

Nazir müavini: "Son illər neftin qiyməti siyasi alətə çevrilib"

18.10.16 13:28 1256
Nazir müavini: "Son illər neftin qiyməti siyasi alətə çevrilib"
"Son illər neftin qiyməti siyasi alətə çevrilib". "APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Gülməmməd Cavadov bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qiymətlərin azalması nəticəsində neft hasilatı ilə məşğul olan ölkələrin vəziyyəti bir qədər pisləşib: "Bu gün Azərbaycanda da vəziyyət bir qədər pisləşib. Mən deməzdim ki, vəziyyət o qədər də kritikdir. İnanıram ki, Azərbaycan bu vəziyyətdən üzüağ çıxacaq. Bu vəziyyətdən uğurla çıxmaq üçün ölkəmizin kifayət qədər valyuta ehtiyatları və güclü iqtisadiyyat var. Sadəcə bir az səbr etmək və işləmək lazımdır".
banner

Oxşar Xəbərlər