• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Nazir müavini: "Məktəbdaxili qiymətləndirilmə ilə qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq"

15.09.18 14:37 336
Nazir müavini: "Məktəbdaxili qiymətləndirilmə ilə qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq"
"Azərbaycanda şagird sıxlığı müşahidə olunankifayət qədər məktəb var".
"Report"un Sumqayıt bürosu xəbər verir ki,bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, şagird sıxlığı məktəblərdədərslərin növbəli şəkildə keçirilməsi ilə nəticələnir: "Növbəlilik isə təhsilin keyfiyyətinə çox ciddi təsir edir.Biz arzu edirik ki, məktəbə hazırlıq təlimləri gələcəkdə birnövbəli məktəblərdə təşkil edilsin. Şagird sıxlığı əsasən bir-birinə yaxın olan məktəblərdə birinin digərinə nisbətdə qəbul göstəricisinin daha yüksək olmasısəbəbindən baş verir. Şagirdlər isə həmin təhsil ocaqlarınavalideynlərin istəklərinə uyğun qəbul edilirlər.Ancaq bundan sonra "Təhsil haqqında" qanuna əsasən, şagirdlər məktəbə ərazi prinsipinə görə qəbul olunacaqlar".
M.Vəliyeva birincilərin dərs yükünün azaldılması üçün görülən işlərə də toxunub. Ovurğulayıb ki,iki gün bundan öncəTəhsil Nazirliyində geniş kollegiya iclası keçirilib: "Toplantıda ümumtəhsil məktəbləri ilə bağlı yeni sənədlər müzakirə olunub. Eləcə də şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə yeni yanaşmalara dair kollegiyanın qərarı yaxın günlərdəictimaiyyətəaçıqlanacaq".
banner

Oxşar Xəbərlər