• cümə, 29 Mart, 12:11
  • Baku Bakı 14°C

Nazir müavini: “Magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98 faizi qəbul olub”

09.06.17 13:50 926
Nazir müavini: “Magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98 faizi qəbul olub”
"Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. SABAH qrupları layihəsinin 2014-cü ildən ölkədə tətbiq edildiyini deyən F. Qurbanov qeyd edib ki, burada məqsəd müxtəlif ixtisaslar üzrə ali təhsilli mütəxəssislərin formalaşmasıdır. Nazir müavini əlavə edib ki, bu gün bəzi əhəmiyyətini itirib.
"Məsələn, foto-kimya sahəsi üzrə müəyyən dövrdə kifayət qədər mütəxəssislər hazırlanırdı. Amma bu gün daha müasir texnologiyalar tətbiq olunduğundan mövcud sahəyə ehtiyac qalmayıb. Gələcəkdə də bu tendensiya davam edəcək” – deyə, o, əlavə edib.
banner

Oxşar Xəbərlər