• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Nazir müavini: "İqtisadi islahatlar davam etdiriləcək"

09.06.18 11:52 624
Nazir müavini: "İqtisadi islahatlar davam etdiriləcək"
"Düşünürəm ki, dövlətin pulları elə-belə xərclənməməlidir və dəqiq strategiyalarolmalıdır. Azərbaycanda dövlət vəsaitininhara xərclənməli olduğu dəqiq bilinir və bu, öz nəticəsini verməməkdədir".
APA-nın xəbərinə görə, bunuiqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində keçirilən "İqtisadi azadlıq" panelində deyib.
S.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq qlobal iqtisadiyyata inteqrasiya üçün çalışır: "Bu istiqamətdə Azərbaycan çoxtərəfli ticarət sazişlərini imzalamağaçalışır və biznes dairələri üçün lazım olan münbit şərait yaradılır: "Bu islahatların köməyiilə Azərbaycanın mövqeyi irəliləyib 65-ci yerdən 57-ci yerə qədər qalxıb. İqtisadiyatın diversifikasiyası Azərbaycan üçün çox önəmlidir. Buna görə də islahatlar davametdiriləcək".
S.Məmmədov qeyd edib ki, insan kapitalına önəm verilməsə, iqtisadiyyat inkişaf etməz: " Eləcə də, qaz və enerji təchizatı sahəsini inkişaf etdirə bilməsək, sahibkarlıq da inkişaf etməz".
Hökumətlərə beynəlxalq maliyyə kooperasiyalarından kredit alanda məsləhət verən Fred MakMahon iqtisadi azadlıq, oyunçuların bazara daxil olması üçün bərabər şəraityaradılmasının vacib olduğunu deyib: "Məhsulların, innovasiyaların artırılması lazımdır. Azərbaycanda sülh və insanların rifah halının artırılması üçün çox gözəl potensial var. Azərbaycannəyə nali olubsa, bu, çox böyük qələbədir. Ancaq dünyada azad rəqabəti təmin etmək üçün qanun aliliyinin təmin edilməsi kimi çağırış var. Hamı üçünaçıq qanuni bazarın olması önəmlidir".
Londonda iqtisadi məsələlər institutundabeynəlxalq ticarət və rəqabət bölməsinin direktoruŞanker Sinqham bildirib ki, iqtisadi azadlıq üçün açıq ticarət, rəqabət, əmlak hüquqlarının müdafiəsi təmin olunmalıdır.
banner

Oxşar Xəbərlər