• şənbə, 20 Aprel, 17:27
  • Baku Bakı 23°C

Nazir müavini çempionlarla görüşdü

11.01.18 16:10 791
Nazir müavini çempionlarla görüşdü
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov kempo üzrə dünya və Avropa çempionlarını qəbul edib.
Kaspi.az xəbər verir ki, görüşdə Kempo Federasiyasının prezidenti Rauf İbrahimov çıxış edərək, kempo idman və döyüş sənətinin inkişafında nazirliyin dəstəyindən, bu gün dövlətin idmana qayğısından danışıb.
Sonra Rauf İbrahimov idmançıları nazir müavininə təqdim edərək, yarışın nəticələri haqda məlumat verib. İsmayılov öz növbəsində bu gün Azərbaycan idmanın inkişafı, kempo təşkilatının az bir vaxtda geniş təbliğata nail olması haqda danışaraq, idmançıları təbrik edib və onlara xatirə hədiyyələri təqdim edib. O, bəzi güc strukturlarında çalışan kempoçulara uğurlar arzulayıb.
İdmançıların arasında dünya kubokunun qalibi, Dövlət Sərhəd Xidməti Xüsusi məktəbin fiziki tərbiyə müəllimi Anar Heydərquliyev də iştirak edib. O, idmançılara göstərilən diqqətə görə ölkə prezidenti İlham Əliyevə, Dövlət Sərhəd Xidməti rəisi general polkovnik Elçin Quliyevə və gənclər və idman nazirliyinə öz minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər