• cümə, 29 Mart, 04:21
  • Baku Bakı 7°C

Nazir müavini: "Bu ilin yanvarın 1-dək məcburi dövlət sosial sığortası üzrə borclar 364 milyon manatdan çoxdur"

20.02.18 12:50 759
Nazir müavini: "Bu ilin yanvarın 1-dək məcburi dövlət sosial sığortası üzrə borclar 364 milyon manatdan çoxdur"
Bu günMilli Məclisinin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclası keçirilib.

APA-nın məlumatına görə, iclasdaAzərbaycan prezidentiİlham ƏliyevtərəfindənMilli Məclisə təqdim olunan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsimüzakirə edilib. Qanun layihəsi barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevməlumat verib.

O qeyd edib ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.

Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. Onun sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur.

Nazir müavini vurğulayıb ki, bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

İ.İsayev deyib ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.

Layihə müzakirəlrədən sonra plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, Azərbaycan prezidentiİlham ƏliyevMilli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.
banner

Oxşar Xəbərlər