• cümə, 19 Aprel, 16:59
  • Baku Bakı 25°C

Nazir müavini: “Azərbaycanda 900 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib”

27.02.18 12:30 618
Nazir müavini: “Azərbaycanda 900 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib”
Bu gün Bakıda "Kiçik sahibkarlığa dəstək" mövzusunda konfrans keçirilib.
"APA-Economics"in məlumatına görə, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu gün Azərbaycanda 900 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib.
O bildirib ki, bu gün ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün müxtəlif güzəştlər tətbiq edilir, investisiyaların təşviqi ilə bağlı bir sıra sənədlər qəbul edilib. "Artıq Azərbaycan məhsulları bir çox ölkələrdə tanınmış markalarla yanbayan satılır. Onun üzərində "Made in Azerbaijan" yazması, yəni bunun Azərbaycan məhsulu olması qürur vericidir,” – deyə nazir müavini qeyd edib.
S. Məmmədov Azərbaycan prezidentinin iqtisadi siyasi kursuna uyğun olaraq qeyri-neft sektoruna və sahibkarlığın inkişafı istiqamətində tədbirlər barədə məlumat verib. Bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova özəl bölmənin inkişafında qadınların rolu, qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər, bu sahədə yaradılmış geniş imkanlardan danışıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli son illər Azərbaycanda kiçik və orta sahibkarlığa göstərilən diqqət və qayğıdan danışıb. O,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramından da geniş danışıb: "İnanıram ki, bu gün kiçik və orta sahibkarlıqla məşğul olan insanlar bir zamanlar dünya bazarlarında "Made in Azerbaijan" adı altında çıxış edəcəklər və Azərbaycan məhsullarını, həmçinin Azərbaycanı dünyaya tanıdacaqlar”.
Konfransdan sonra 200-dək kiçik sahibkarlıq subyektinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi satış yarmarkası ilə keçirilib.
banner

Oxşar Xəbərlər