AZE | RUS | ENG |


Nazir müavini: "Azərbaycan neftin qiymətinin stabil qalmasına öz töhfəsini verəcək"

Nazir müavini:
"OPEC və kartelə daxil olmayan ölkələr üzərilərinə götürdüyü öhdəliklər, bu öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi və yanvar ayından, yəni əldə olunmuş razılığın qüvvəyə mindiyi tarixdən neftin qiymətində müşahidə olunan artım tendensiyası "qara qızıl"ın ədalətli qiymətə çatdırılması istiqamətində addımların doğru olduğunu göstərir".

"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr sazişin müddətinin 2018-ci ilin birinci rübün sonunadək uzadaraq neftin bahalaşmasına növbəti dəstəyi verəcək: "Bu gün neftin qiymətində volatilliyin azalması, tədricən qiymətdə sabitləşmə OPEC çətiri altında müzakirələrə qatılmış hər bir ölkənin uğurudur. Razılaşdırılmış bəyannaməni imzalayan, sazişə qoşulan, neftin qiymətinin sabitləşməsi məqsədi ilə təşkilat tərəfindən irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycan bu günədək öz öhdəliklərini tam yerinə yetirir. Azərbaycan neft bazarında qiymətlərin sabitliyinə və neftlə bağlı məsələlərin nizamlanmasına bundan sonra da öz töhfəsini verəcək".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001