• cümə, 19 Aprel, 09:08
  • Baku Bakı 13°C

Nazir müavini: "Azərbaycan Gürcüstana investisiyalarını ilbəil artırır"

26.10.16 15:07 999
Nazir müavini: "Azərbaycan Gürcüstana investisiyalarını ilbəil artırır"
Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi ilbəil artır. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze bildirib.

Nazir müavini xatırladıb ki, cari ilin I yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına $282,5 mln. yatırıb. "2015-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına $550 mln. yatırıb ki, bu da 2014-cü illə müqayisədə 61% çoxdur", - deyə Q. Qiqiadze bildirib.

O əlavə edib ki, Gürcüstan iqtisadiyyatının ən iri azərbaycanlı investoru SOCAR-dır: "Ölkə üzrə SOCAR 114 yanacaqdoldurma stansiyasına, Kulevi limanında neft terminalına sahibdir".
banner

Oxşar Xəbərlər