• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Nazir müavini: "2020-ci ilə qədər Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatdırılacaq"

10.07.18 13:50 636
Nazir müavini: "2020-ci ilə qədər Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatdırılacaq"
"Bu il 10 xalça fabriki istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu fabriklərdən ikisinin açılışı baş tutub. İlin sonuna qədər daha 8 xalça fabriki istifadəyə veriləcək".
"APA-Economics”in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransında çıxışında bildirib. Onun sözlərinə görə, ötən il 10 xalça fabriki istifadəyə verilib: "Növbəti 2019-cu ildə də 10 xalça fabriki açılmaqla, ölkədə xalçaçılıq sahəsində fəaliyyət göstərən fabriklərin sayı 30-a çatdırılacaq”.
Nazir müavini Azərbaycanda xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında iştirakçılarına məlumat verib. O bildirilib ki, Azərbaycan prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə "Azərxalça” ASC yaradılıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə may ayının 5-i Azərbaycanda "Xalçaçı günü” peşə bayramı təsis edilib: "Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalat¬xananın tikintisi həyata keçirilir”.
N. Səfərov əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq”.
banner

Oxşar Xəbərlər