• cümə, 29 Mart, 17:01
  • Baku Bakı 14°C

Nazir: "Lisenziyaların ləğvindən sonra Azərbaycan turizminin imici düşüb"

31.01.18 13:20 690
Nazir: "Lisenziyaların ləğvindən sonra Azərbaycan turizminin imici düşüb"
"Biz birlikdə çalışmağa öyrəşməliyik. Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllalar ortalığa çıxıb".
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib.
Nazir bildirib ki, nəticədə Azərbaycan turizminin imici aşağı düşür: "Həmin dəllallar guya xidmət göstərir, yalandan qiymətlər verir, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin imici aşağı düşür, biz itiririk. Birləşib, normal bir proqramın üzərində öz potensialımızı ortalığa qoya bilmir və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".
Nazir əlavə edib ki, hazırda turizm haqqında yeni qanun üzərində iş aparılır: "Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm".
banner

Oxşar Xəbərlər