• cümə axşamı, 18 aprel, 08:44
  • Baku Bakı 12°C

Nazir Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı yeni səfiri ilə görüşüb

26.10.16 15:02 1052
Nazir Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı yeni səfiri ilə görüşüb
Fövqəladə hallar naziriKəmaləddin Heydərovoktyabrın 26-da Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, K. Heydərov Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.

O, Azərbaycanla Qətər arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrimizin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulayıb.

K. Heydərov Qətərin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Azərbaycan RespublikasınınFövqəladə Hallar Nazirliyiilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
banner

Oxşar Xəbərlər