• çərşənbə axşamı, 16 aprel, 14:00
  • Baku Bakı 19°C

Nazir: “İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür”

20.06.17 14:10 1377
Nazir: “İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür”
Mədəniyyət və turizm naziriƏbülfəs Qarayevermənilərin Dağlıq Qarabağda otellər tikməsinə, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq, hostel kimi istifadəyə verilməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, nazirƏbülfəs Qarayevdeyib ki, Ümumdünya Turizm Təşkilatı bununla bağlı açıqlama verib, bu halı pisləyib: "Təşkilatın xüsusi qərarı var ki, işğal altında olan təhlükəli ərazilərdə turizm təbliğatı və təşkili məqsədəuyğun deyil. Bu, beynəlxalq təşkilatın qərarıdır və bütün dünya ölkələrinə göndərilir. Qərara əməl edənlər var. Qonşularımız isə bu qərara məhəl qoymur, öz işlərindədir”.
Ə. Qarayev əlavə edib ki, qəbul olunan qərarlara dəfələrlə hörmətsizlik onların siyasətidir, buna təəccüblənmək lazım deyil: "İnanmıram ki, işğal altındakı torpaqlarımıza turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, onların diaspor təşkilatlarının və kimlərinsə imkanları hesabına bəziləri oralara gedə bilər. Bildiyiniz kimi, həmin ərazilərə səfər edənlər də Azərbaycana gəlmək imkanından məhrum olurlar. Ona görə də beynəlxalq qurumlar və qanunlar Azərbaycanın mövqeyini dəstəkləməkdədir”.
banner

Oxşar Xəbərlər