• cümə axşamı, 28 mart, 12:36
  • Baku Bakı 16°C

Nazir: İKT Fondu innovasiya sahələri 100 layihəni maliyyələşdirib

16.06.17 13:35 876
Nazir: İKT Fondu innovasiya sahələri 100 layihəni maliyyələşdirib
"Dünyada İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) dinamik inkişaf edir. Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyibu sahənin ölkədə inkişafına xüsusi önəm və dəstək verir”.
APA-nın xəbərinə görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə II Startap və İnnovasiya Festivalında deyib. Nazir bildirib ki, bu sahədə vacib istiqamətlərdən biri müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsidir.
O, bu istiqamətdə nazirliyin və ona tabe qurumların addımlar atdığını qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnqubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişaf etidirilməsi üçün startap layihələrinə dəstək verilir, qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi başa çatıb. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib. İKT sistemin formalaşdırılmasının əsasında inqubasiya mərkəzləri durur. Nazirliyin Yüksək Texnologiyalar Parkına bu günə kimi 300-dən çox startapçı müraciət edib. Onlardan 29-u parkda daimi fəaliyyət göstərir. 150-yə yaxın startapçı isə bizimlə mütəmadi əməkdaşlıq edir”.
banner

Oxşar Xəbərlər