• şənbə, 20 Aprel, 16:45
  • Baku Bakı 23°C

Nazir: “Güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 1,3 dəfə artıb”

31.07.17 16:00 911
Nazir: “Güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 1,3 dəfə artıb”
Hesabat dövründə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. MSN-dənAPA-ya verilən məlumata görə, bu barədə müdafiə sənayesi naziriYavər CamalovMSN-nin müəssisələrində 2017-ci ilin birinci yarım ilinin yekunlarına dair səyyar kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb: "İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan "Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda, zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -"Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub”.
banner

Oxşar Xəbərlər