• cümə, 19 Aprel, 23:59
  • Baku Bakı 24°C

Nazir: "Çexiyaya neft ixracının azalması ticarət dövriyyəsinə mənfi təsir edib"

17.01.17 15:10 813
Nazir: "Çexiyaya neft ixracının azalması ticarət dövriyyəsinə mənfi təsir edib"
Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib. "APA-Economics"in məlumatına görə, biznes forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevbildirib ki, bu, son 8 ildə 7-ci Azərbaycan-Çexiya birgə işgüzar tədbirdir: "Demək olar ki, iki ölkə arasında ildə bir dəfə tədbirlər təşkil olunur. Bu da qarşılıqlı marağın yüksək olduğunun göstəricidir".
Nazirin sözlərinə görə, biznes forumda neft-kimya, maşınqayırma, İKT və digər sahələri əhatə edən şirkətlər və iş adamları iştirak edirlər.
O bildirib ki, Azərbaycan-Çexiya siyasi əlaqələri dostluq səviyyəsindədir: "Ötən ilə nisbətən Azərbaycan-Çexiya ticarət dövriyyəsi aşağı düşüb. Buna Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcminin azalması səbəb olub. Bugünkü forumda iki ölkə arasında qeyri-neft məhsullarının ixracını artırılması müzakirə olunur. Azərbaycanın kənd təsərrüfatı məhsulları, pambıq, çay, şərab Çexiya bazarlarına böyük uğurla ixrac oluna bilər. Bura şərab istehsalı da daxil edilə bilər. Azərbaycanlı iş adamlarının marağı olarsa, Azərbaycanın Çexiyaya ixrac missiyası da baş tuta bilər".
Nazir bildirib ki, bu gün Azərbaycanda 19 Çexiya şirkəti fəaliyyət göstərir ki, onlarında Azərbaycana yatırımları 1,3 mlrd. dollar təşkil edir: "Bu günə qədər Çexiya bankları Azərbaycana ümumilikdə 1,8 mlrd. avro kredit ayırıblar".
Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Çexiya sənaye, nəqliyyat sahəsində əməkdaşlıq edə bilərlər. "Azərbaycan öz tranzit potensialını Çexiya iş adamlarına təqdim edə bilərlər. Çexiya iş adamları öz yüklərini Azərbaycan üzərindən keçirə bilərlər. Turizm sahəsində də əməkdaşlıq genişlənməlidir", - deyə o bildirib.
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek isə bildirib ki, Azərbaycanla Çexiya arasında istər siyasi, istərsə də iqtisadi əlaqələr çox yüksək səviyyədədir.
O bildirib ki, Çexiya Azərbaycanın hazırda inşa etdiyi qaz boru kəmərlərinə diqqətlə yanaşır: "Çünki qaz Çexiya üçün önəmli bir məsələdir.Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin inşası da bizim üçün çox önəmlidir. Bu dəmir yolunun inşasını Çexiya şirkəti həyata keçirir. Azərbaycanlı turistlər Çexiyanın Praqa, Karlovı-Varı şəhərlərinə çox səfər edirlər. Ancaq Çexiyadan Azərbaycana o qədər də çox turist gəlmir. Biz turizm sektorunda əlaqələri genişləndirməliyik".
Nazir əlavə edib ki, Çexiya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatın və Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.
banner

Oxşar Xəbərlər