AZE | RUS | ENG |


Nazir: "Əsas məqsəd "Cənub Qaz Dəhlizi" üzrə işləri vaxtında başa çatdırmaqdır"

Nazir:
Natiq Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini ABŞ səfiri ilə bölüşüb

Energetika naziri Natiq ƏliyevABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
 
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib.
 
Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb. Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur.
 
N. Əliyev deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir.
 
Daha sonra ABŞ səfiri R.Sekuta "Cənub Qaz Dəhlizi" layihəsinin gedişatı, qaz bazarının inkişaf istiqamətləri və həyata keçirilən layihələrin perspektivləri ilə maraqlanıb. N.Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini səfirlə bölüşüb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır.
 
Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008