• cümə, 29 Mart, 02:48
  • Baku Bakı 7°C

Nazir: "Ermənistan regionda aparılan bütün layihələrdən təcrid edilib”

13.02.18 18:12 633
Nazir: "Ermənistan regionda aparılan bütün layihələrdən təcrid edilib”
"Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”.

"APA-Economics"in məlumatına görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziriŞahin Mustafayevbildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentiİlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb: "Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".

Nazirin sözlərinə görə, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.
banner

Oxşar Xəbərlər