• çərşənbə axşamı, 19 mart, 13:52
  • Baku Bakı 8°C

Səlim Müslümov: "Qanunun tətbiqində problem olmayacaq"

23.06.17 12:20 1371
Səlim Müslümov: "Qanunun tətbiqində problem olmayacaq"
"Əmək pensiyaları haqqında" qanunun iyulun 1-dən qüvvəyə minməsi ilə bağlı yerli orqanlarımız hazırlıq səviyyəsindədir. Qanuna edilmiş dəyişikliklər çox sayda pensiyaların hesablanmasında, ödənişində, sosial sığorta haqlarının hesablara daxil olmasında dəyişikliklər edilib və bu dəyişikliklər tam şəkildə tətbiqi yerli orqanların rəhbərlərinin və sektor rəhbərlərinin diqqətinə çatdırılıb".APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovbildirib.
Onun sözlərinə görə, eyni zamanda ölkə başçısı həmin qanunun tətbiqi ilə bağlı prezidentin imzaladığı fərmana əsasən 3 qayda hazırlanıb: "İkisi prezident tərəfindən imzalanmalı, biri isəNazirlər Kabinetitərəfindən təsdiq olunmalıdır. Artıq müvafiq qayda Nazirlər Kabinetinə təqdim olunub, digər ikisi isə bu ayın sonunadək ölkə başçısına təqdim olunmalıdır. Hazırda bu qaydalar üzərində son tamamlama işləri gedir".
S.Müslümov əlavə edib ki, qanunun tətbiqi ilə bağlı heç bir problem olmayacaq.
banner

Oxşar Xəbərlər