• cümə, 19 Aprel, 19:59
  • Baku Bakı 24°C

Nazir: "Əmək bazarında vəziyyət stabilləşib"

20.06.17 12:20 1400
Nazir: "Əmək bazarında vəziyyət stabilləşib"
"Azərbaycanın əmək bazarında vəziyyət stabilləşib". "APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovbildirib.
Nazirin sözlərinə görə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Məşğulluq Xidmətinə müraciətlərin sayında azalma müşahidə olunur: "Bu ilin 5 ayı ərzində quruma 69 250 nəfər iş üçün müraciət edib. Ötən il bu rəqəm 141 min 650 nəfər olub. Göründüyü kimi, iş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb".
Nazir ölkəmizin əmək bazarının son illərdə dünyada baş verən iqtisadi böhranın təsirlərindən qorunduğunu vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı məqsədilə yönələn köklü islahatların ilk növbədə əmək resurslarının məşğulluğuna yönəldilməsinin əhəmiyyətini önə çəkən S.Müslümov bildirib ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47%-nin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: "Eyni zamanda, ölkə başçısının irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-ci ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib".
banner

Oxşar Xəbərlər