• cümə, 26 Aprel, 01:20
  • Baku Bakı 16°C

Nazir: Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir

05.04.19 13:30 605
Nazir: Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir
Azərbaycanın Dövlət himni səslənəndə gənclərdə vətənpərvərlik, qürur hissi yüksəlməlidir.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində III MilliMUN – BMT Modeli üzrə Milli Konfransın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, ona görə də hər kəs himni bərabər oxunmalıdır:
"Təkcə ölkəmizdə keçirilən tədbirlər deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə himnimiz səsləndirilərkən hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxusun".
banner

Oxşar Xəbərlər