• şənbə, 20 Aprel, 18:11
  • Baku Bakı 24°C

Nazir: "DSMF-nin nazirliyə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacaq"

07.05.16 15:39 1103
Nazir: "DSMF-nin nazirliyə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacaq"
"Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi nəticəsindəişçi ixtisarı olmayacaq"."Report"un məlumatına görə, bunuəmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovjurnalistlərə açıqlamasında bildirib.S.Müslümov deyib ki, nazirliyin hazırladığılayihədə birləşmə nəticəsində kənarda qalan işçi qüvvəsindən əsasən məşğulluq mərkəzlərinin yenidən kompleksləşdirilməsi üçün istifadə olunması nəzərdə tutulub: "Biz həmin prosesi həyata keçirmişik və bu məsələyə Maliyyə Nazirliyi ilə birgə baxılıb. Ayrı-ayrı strukturlar, həm onların aparatları, həm də yerli orqanları yenidən nəzərdən keçirilir. Ən optimal hesab etdiyimiz variant tapılıb. Buna uyğun olaraq, müvafiq təkliflər paketi hazırlanıb. Hazırda həmin təkliflər paketinə Prezident Administrasiyasında baxılır. Sonvarinat hazır olan kimi Prezidentİlham Əliyevətəqdim olunacaq".
banner

Oxşar Xəbərlər