• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

Məmmədyarov dekabrın 6-da Vyanada həmsədrlər və Nalbandyanla görüşəcək

30.11.17 13:13 2533
Məmmədyarov dekabrın 6-da Vyanada həmsədrlər və Nalbandyanla görüşəcək
"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib.
"Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, görüşünATƏTxarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.
banner

Oxşar Xəbərlər