• cümə axşamı, 18 aprel, 18:16
  • Baku Bakı 21°C

Nazir: “Cənub Qaz Dəhlizi”nin reallaşması Azərbaycan və Aİ-nin çoxtərəfli əməkdaşlığının möhkəmlənməsini təmin edəcək”

11.11.17 17:00 890
Nazir: “Cənub Qaz Dəhlizi”nin reallaşması Azərbaycan və Aİ-nin çoxtərəfli əməkdaşlığının möhkəmlənməsini təmin edəcək”
Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Avropa İttifaqıəlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən Pərviz Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəAvropa İttifaqıilə uğurlu nəticələrə nail olunub: "Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan "Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki AzərbaycanlaAvropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək”.
Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə "Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.
Görüşdə AzərbaycanlaAvropa İttifaqıarasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər