• cümə axşamı, 28 mart, 20:55
  • Baku Bakı 13°C

Nazir: "Cənub Qaz Dəhlizi Macarıstan üçün böyük önəm daşıyır"

10.03.21 13:19 764
Nazir: "Cənub Qaz Dəhlizi Macarıstan üçün böyük önəm daşıyır"
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolu barədə fikir mübadiləsi aparılıb.
Məlumata görə, energetika naziri iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamandaAzərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun fəaliyyətinə, cari ilin ikinci yarısında keçirilməsiplanlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

Macarıstan naziri Peter Siyarto Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıqların yarandığı dövrdə ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir, layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər