• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Nazir: "Cəmiyyət aşağı səviyyəli, mənasız filmlərə aldanmamalıdır"

13.06.18 17:38 852
Nazir: "Cəmiyyət aşağı səviyyəli, mənasız filmlərə aldanmamalıdır"
"Bütün kino sənayesini maliyyələşdirməyə və saxlamağa dövlətin imkanı yoxdur”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziriƏbülfəs Qarayevdeyib. Nazir bildirib ki, Azərbaycan filmləri son illərdə 152 beynəlxalq festivalda iştirak edib:

"Bu festivalların 50-dən çoxundan mükafatlar almışıq. Festivalların siyahısı müxtəlifdir. Onların arasında bədii, sənədli, etnoqrafik film festivalları var. Kann Film Festivalında Azərbaycan neçə illərdir öz pavilyonu ilə çıxış edir. Bizim bir neçə qısa metrajlı filmKann festivalında proqramda iştirak edib. Bu, çox müsbət nəticədir. Bu festivalın çoxlu şərtləri var. Biz onları bilirik və bu haqda düşünürük. Azərbaycanda bir neçə filmin festival proqramına daxil olmasının arzusundayıq. Lakin şərtlər var ki, həmin filmlər bir-iki il müddətində çəkilməlidir. Ondan əvvəl çəkilən filmləri biz təqdim edə bilmirik”.

Nazir əlavə edib ki, hazırda film istehsal davam edir, ciddi filmlərin istehsalı haqqında düşünülməlidir: "Paralel olaraq, bizim cəmiyyətimiz də buna hazır olmalıdır. Aşağı səviyyəli, düşüncəsiz, mənasız filmlərə aldanmamalıdır. Bəzən yüngül komediyaların arxasınca qaçan auditoriya Qarabağ haqqında, vətənpərvərlik haqqında çəkilən filmlərə baxmır”.
banner

Oxşar Xəbərlər