• cümə axşamı, 18 aprel, 04:12
  • Baku Bakı 15°C

Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib, suda batmış 47 nəfərin cəsədi çıxarılıb"

14.12.17 13:25 2110
Nazir: "Bu il suda batmaq təhlükəsi ilə üzləşmiş 296 nəfər xilas edilib, suda batmış 47 nəfərin cəsədi çıxarılıb"
"Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezidentİlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamlaFövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu".

APA-nın məlumatına görə, bunu bu günFövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərovdeyib.

K. Heydərov bildirib ki, bu il 90 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və mənzillərdən çıxarılıb.

Hesabat dövründə nəzarət olunan çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 151 nəfər olmaqla, cəmi 296 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib.

Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə suda batma halı qeydə alınmayıb".
banner

Oxşar Xəbərlər