• cümə axşamı, 25 aprel, 17:02
  • Baku Bakı 23°C

Nazir: Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub

20.07.18 17:38 410
Nazir: Bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub
Azərbaycanda ilbəil müəllimlik peşəsinə gəlmək istəyən gənclərin sayı artır. Bu isə bizi çox sevindirir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub: "İmtahanlarda iştirak edənlərin sayı isə 46 mindən çoxdur".
Nazir hesab edir ki, bu sahədə qəbul edilən normativ-hüquqi aktlar, bu prosesin şəffaf keçirilməsi insanların bu sahəyə marağını və inamını artırıb.
C.Bayramov əlavə edib ki, hər il təhsil sistemində orta hesabla 3-5 faiz yenilənməyə nail olurlar:"İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin mən əminəm ki, öz savadlarına və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərərək keçən müəllimlər məktəblərə yeni nəfəs gətirəcək və yeni nailiyyətlərin təməlini qoyacaqlar".
banner

Oxşar Xəbərlər