• çərşənbə, 24 Aprel, 02:04
  • Baku Bakı 14°C

Nazir: “Bakı - Tbilisi - Qars dəmir yolu regiona fayda verəcək”

30.10.17 19:00 799
Nazir: “Bakı - Tbilisi - Qars dəmir yolu regiona fayda verəcək”
"Bakı-Tbilisi-Qarsdəmir yolu ölkəmiz üçün həm iqtisadi, həm də regional baxımdan çox böyük əhəmiyyətə malikdir”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya deyib.
Nazirin sözlərinə görə, nəqliyyat və loqistika Gürcüstan iqtisadiyyatının əsas sahələrindən biridir.
"Bu dəhliz "İpək yolu”nun ən vacib hissəsidir.Bakı-Tbilisi-QarsGürcüstanla yanaşı bütün regiona əlavə iqtisadi mənfəət gətirəcək”, - deyə G. Qaxariya qeyd edib.
banner

Oxşar Xəbərlər