• çərşənbə, 24 Aprel, 23:14
  • Baku Bakı 23°C

Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”

11.09.17 15:56 1368
Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”
Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır.
APA-nın xəbərinə görə, təhsil naziriMikayıl Cabbarovdeyib ki, yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib. Bu işlər arasında ən vacibi müəllimlərin mərkəzləşdirilmiş imtahanı nəticəsində 4 mindən çox yeni müəllimin işə qəbul olunmasıdır: "Hazırda proses davam edir. Bu il təhsil sahəsində əldə olunan ən mühüm nəticələrdən biri də müəllim peşəsi nüfuzunun tam bərpa edilməsidir. Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından görürük. Bu il müsabiqəyə 49 min namizəd qatılıbsa, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının artdığını da müşahidə edirik. Əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün onların sayı yüzlərlədir”.
Nazir dərsliklərin hazırlanması prosesinə də aydınlıq gətirib. O qeyd edib ki, ölkə qanunvericiliyə uyğun olaraq, hər bir dərsliyin istifadə müddəti 4 ildir:"Dörd ildən bir həmin dərsliklər yenidən çap edilir.Təhsil Nazirliyidərslik istifadəçilərinə, şagirdlərə, valideynlərə, müəllimlərə bu məqamı xatırladır. İstifadə olunan dərslik növbəti ildə başqa bir şagirdə ötürülür”.
banner

Oxşar Xəbərlər