• cümə, 19 Aprel, 23:29
  • Baku Bakı 24°C

Nazir: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalında problem görmürəm"

01.06.17 18:00 1169
Nazir: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalında problem görmürəm"
"Rusiyalı istehlakçı Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyətindən çox razıdır". BunuAPA-nın Moskva bürosuna açıqlamasında Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov bildirib.
"Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrimiz yüksək səviyyədədir. Bu əlaqələr günbəgün inkişaf edir. Rusiyalı istehlakçı Azərbaycanın kənd təsərrüfatı, xüsusilə tərəvəz məhsullarının keyfiyyətindən çox razıdır. Sirr deyil ki, Azərbaycan pomidorunun Rusiya bazarında xüsusi yeri var", - deyə A.Tkaçov qeyd edib.
Nazir bildirib ki, mütəmadi olaraq Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında problemlərin yaranması ilə bağlı xəbərlər yayılmaqdadır: "Bu məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm. Mən Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının Rusiyaya idxal edilməsində heç bir problem görmürəm. Gələcəkdə də iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına ümid edirəm".
banner

Oxşar Xəbərlər