• cümə, 19 Aprel, 16:34
  • Baku Bakı 25°C

Nazir: “Azərbaycana avtomobillə gələn əcnəbilərin əlavə ödənişlərdən azad olunması müzakirə edilir”

16.03.17 15:15 864
Nazir: “Azərbaycana avtomobillə gələn əcnəbilərin əlavə ödənişlərdən azad olunması müzakirə edilir”
"Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib. O bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər gedir: "Yaya qədər təkliflər formalaşacaq.Dövlət Gömrük Komitəsi,Vergilər Nazirliyi, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,Dövlət Sərhəd Xidmətivə bizim nazirlik bu işə birbaşa qoşularaq yeni qanunvericilik hazırlayır. Turist anlayışı yalnızhavanəqliyyatı ilə məhdudlaşmır. Bizim qonşu ölkələrdən minlərlə adamlar gəlir. Onlar da bu çətinliklə qarşılaşırlar”.
banner

Oxşar Xəbərlər