• çərşənbə axşamı, 23 aprel, 23:12
  • Baku Bakı 20°C

Nazir: “ Azərbaycan öz təhsil sistemində etnik nifrətin aşılanması siyasətini seçməyib”

15.03.17 12:50 600
Nazir: “ Azərbaycan öz təhsil sistemində etnik nifrətin aşılanması siyasətini seçməyib”
"Ermənistanın təcavüzü nəticəsində iqşğal olunmuş ərazilərdə 700-ə qədər təhsil müəssisəsi məhv edilib”.
APA-nın məlumatına görə, bu sözləri BakıdaAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən təhsil naziri Mikyaıl Cabbarov bildirib.
M. Cabbarov deyib ki, 2010-cu ildəAğdamrayonunda Fariz Bədəlov Ermənistan əsgərləri tərəfindən snayperlə qətlə yetirilib :"Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün təşəbbüsləri əngəlləyir”.
Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan qçqın və məcburi köçkün tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilməkdədir. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində etnik nifrətin aşılanması siyasətini seçməyib: "Azərbaycanda multikulturalizm və tolerantlığı aşılayan təhsil sistemi mövcuddur. Ermənistanda isə bunun əksidir. Azərbaycanda tarixən müxtəlif millətlər mehribançılıq və sülh şəraitində yaşayıb. Azərbaycan tolerantlıq sahəsində dünyaya nümunədir, antisemitizmin olmadığı nadir ölkələrdəndir. Biz inanırıq ki, gənclərin çoxdilli mühitdə təhsil alması cəiyyətdə tolerantlığın güclənməsinə töhfə verəcək. Bu baxımdan ali təhsil müəssisələrimizdə müxtəlif ölkələrin tələbələrinin təhsil alması üçün imkanlar yaradılıb. Yalnız həqiqi vətəndaşlar kimi yetişdirilən insanlar millətin gələcəyinə töhfə verə bilər. Təhsil millətin gələcəyi üçün ən yaxşı vasitədir ”.
banner

Oxşar Xəbərlər