• cümə, 19 Aprel, 23:49
  • Baku Bakı 24°C

Nazir: Azərbaycan Ermənistanı bütün nəqliyyat layihələrindən kənarlaşdırıb

23.11.18 17:35 448
Nazir: Azərbaycan Ermənistanı bütün nəqliyyat layihələrindən kənarlaşdırıb
Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potesialına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir qeyd edib ki,Azərbaycan ərazisindən bir sıra nəqliyyat dəhlizləri keçir:
"İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı tədbirlər keçirilib. 2019-cu ildə isə belə bir tədbir Hindistanda keçiriləcək".
Nazir bildirib ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin müzakirə edilməsi məqsədi ilə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bu il Azərbaycana səfər edib. Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin bu ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində nəqliyyat sahəsində fəaliyyət göstərən müvafiq qurumların iştirakı ilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı məsələsi müzakirə edilib.
banner

Oxşar Xəbərlər