Nazir Avropanın enerji təhlükəsizliyindən danışdı

Nazir Avropanın enerji təhlükəsizliyindən danışdı

İqtisadiyyat
15 Oktyabr 2012, 10:50 1177
Hazırda Şərqi Avropanı təbii qazla təmin etmək üçün nəzərdə tutulan «Cənub Dəhlizi»nin reallaşması yolunda iki maneə əsas var.

Bunlardan biri Transxəzər kəmərinin olmaması, ikincisi bununla bağlı hökumətlərarası sazişlərin olmamasıdır. «APA»nın məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, hazırda bu məsələlərin həlli üçün Azərbaycan hökuməti və Avropa Birliyi tərəfindən iş aparılır. N.Əliyev bildirib ki, Azərbaycan hələ bir neçə onilliklər ərzində özünün enerjiyə olan tələbatını ödəməklə yanaşı qonşu ölkələrin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Bununla yanaşı nazir vurğulayıb ki, dünyada, xüsusilə də Avropada alternativ enerji mənbələrinə marağın artması və bu qurğular vasitəsilə istehsal olunan enerjinin həcminin artmasına baxmayaraq, dünyada enerjiyə tələbat hələ uzun illər əsasən neft-qaz hesabına təmin olunacaq. N.Əliyevin sözlərinə görə, BMT-nin proqnozları göstərir ki, 2035-ci ildə dünyanın enerji balansında neft-qaz sektorunun payı 60%-dən çox olacaq.