• cümə, 19 Aprel, 03:42
  • Baku Bakı 18°C

Nazir: ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

08.04.17 09:20 857
Nazir: ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Rəsmi Vaşinqton yaxın zamanlarda Suriyaya qarşı yeni sanksiyaların tətbiqini bəyan edəcək.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.
"Suriyaya qarşı yeni sanksiyalar hazırlanır. Bununla bağlı yaxın zamanlarda əlavə məlumat veriləcək”, deyə nazir bildirib.
Aprelin 4-dəSuriyaaviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindənSuriyaordusunun aviabazasına 59 raket buraxılıb. Bu, ABŞ-ınSuriyahökumətinə qarşı ilk birbaşa zərbəsi olub.
banner

Oxşar Xəbərlər