• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Nazim Süleymanov istefa verdi

12.11.18 13:40 756
Nazim Süleymanov istefa verdi
"Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib.
Kaspi.az klubun saytına istinadən xəbər verir ki, Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib.
Süleymanovun ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.
"Sumqayıt" Nazim Süleymanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
"Sumqayıt" hazırda Premyer Liqada 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər