• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Nazarbayev yeni vəzifəsinin icrasına başlayıb

05.04.19 18:18 473
Nazarbayev yeni vəzifəsinin icrasına başlayıb
Nursultan Nazarbayev yeni vəzifəsində səlahiyyətlərinin icrasına başlayıb. Xüsusi olaraq onun üçün yaradılan dəftərxanada keçirilən müşavirədə Elbaşı bildirib ki, hamı - o, prezident və baş nazir "Nur-Otan”ın qurultayında səsləndirdiyi proqramlar üzərində işləməlidir. Nazarbayev vaxtından əvvəl səlahiyyətlərini təhvil verdikdən sonra bir müddət taym-aut götürüb - vətənində olub, sinif yoldaşları, sadə vətəndaşlarla görüşüb. Nur-Sultana dönən kimi isə xüsusi olaraq onun üçün təşkil olunan dəftərxanada ilk iclasını keçirib. Nazarbayevin yeni iqamətgahı mərkəzdə yerləşir. Onun hazırlanması üçün büdcəsən 1 mlrd. tenge (2,5 mln. dollar) ayrılıb. Bunu jurnalistlərə maliyyə nazirinin müavini Tatyana Savelyeva çatdırıb.
Qazax politoloq, Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev hesab edir ki, baxmayaraq ki, bütün Prezident Aparatı Nazarbayevə işləyir - Elbası üçün xüsusi aparatın yaradılması onun xüsusi statusunun olduğunu göstərir. Onun sözlərinə görə, birinci prezidentin könüllü istefasından sonra bəlli idi ki, ölkədə lider dəyişməyəcək. "Nazarbayev öz əlində geniş səlahiyyətlər cəmləşdirib. Ən əsası, o, millət lideri olmaqla yanaşı, Təhlükəsizlik Şurasının, Qazaxıstan xalqları Assambleyasının və "Nur Otan” partiyasının sədridir. O, konkret olaraq özü üçün daxili və xarici siyasətin kuratoru rolunu müəyyən edib və bu funksiyaları kimləsə bölüşmək niyyətində deyil. Prezident təyin edilən Qasım-Jomart Tokayev isə hələ ki nümayəndəli funksiyanı və icraçı öhdəliklərini yerinə yetirir”, - deyə ekspert vurğulayıb. Onun qənaətincə, yaradılan yeni sistem müvəqqəti xarakter daşıyır və Nazarbayevin real gedəcəyi vaxta qədər davam edəcək. Ölkədə ikihakimiyyətliliyin mövcud olduğu barədə danışmaq üçün nə əsas, nə də səbəb var. "Hələ ki, Nazarbayev işləri aparmaq qabiliyyətindədir - məhz o, qərarların qəbulunda iştirak edir, kadr islahatlarını həyata keçirir. Yeni siyasi sistem sırf Nazarbayevin üzərində qurulub. Tokayevin müstəqilliyi barədə danışmaq hələ ki, tezdir. Məsələn, Tokayev Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyinatı Nazarbayevlə məsləhətləşib və razılaşdırıb. Bundan əlavə, Elbası bu kadr kombinasiyalarını özü təklif edib”, - deyə Dosım Satpayev bildirib. Onun sözlərinə görə, Tokayevin Elbaşıya qarşı çıxa biləcək sərbəst fəaliyyət göstərmək azadlığı, eləcə də, güclü dəstək qrupu yoxdur: "Tokayev Nazarbayev xətti ilə ziddiyyət təşkil edəcək müstəqil fəaliyyət, öz oyununu aparmaq istəməz”.
Başqa bir ekspert Arkadi Dubnov isə bu qənaətdədir ki, indiki konfiqurasiya bir sıra səbəblər üzündən Nazarbayev üçün əlverişlidir. "İlk növbədə Qazaxıstan iqtisadiyyatı islahatlara ehtiyac duyur. Aydın olan odur ki, islahatların birinci mərhələsi əhali üçün kifayət qədər ağrılı olacaq. İndiki vəziyyətdə sosial narazılıq Elbaşıya qarşı deyil, icra strukturuna yönələcək. Bununla yanaşı, Nazarbayev öz qərarı ilə elitanın ciddi rəqabəti prosesini işə salıb. Özü isə bu "mübarizəni” kənardan izləyəcək. Eyni zamanda, bu rəqabət mübarizəsinin gedişini izləmək imkanında olacaq”, - deyə postsovet ölkələri üzrə ekspert vurğulayıb. Onun qənaətincə, ölkədə yeni formalaşan hökumət sisteminə qiymət vermək hələ tezdir: "Bu, postsovet məkanında hakimiyyətin ötürülməsinin məsuliyyətli və əhəmiyyətli presedentidir. Və tək postsovet məkanda yox - Ortada Çin, yaxud Sinqapur variantları var. Qazaxıstan variantı ikihakimiyyətliliyi nəzərdə tutmur. Belə bir hal Rusiyada Dmitri Medvedyevin prezidentliyi dövründə olub. Hamı gözəl bilirdi ki, dominant mövqe baş nazir Vladimir Putinə məxsusdur. Qazaxıstanda isə belə deyil. Nazarbayev real icra hakimiyyətinə qayıtmayacaq”. Onun qənaətincə, Nazarbayev atdığı addımın düz olduğuna əmin olmalıdır. O, hakimiyyəti konstitusiya ilə ötürməyə imkan verib. Nazarbayev nə türkmən, nə tacik liderə bənzəyir.
Real Siyasət Akademiyasının prezidenti Vladimir Proxvalilov isə hesab edir ki, Nazarbayevin istefası Rusiya mediasında geniş müzakirə olunsa da, onun əsl səbəbləri hələ də üzə çıxarılmayıb. Nəticələr isə tam qaydada qiymətləndirilməyib: "Ən əsası, Elbaşının öz postunu yaşına görə tərk etməsi barədə fikirləri dağıtmaq gərəkdir. Nazarbayevin istefası Rusiya və Çin üçün gözlənilməz olub. Rusiya Nazarbayevin getməsini narazılıqla qarşılayıb. Məsələn, Tokayev Moskvaya gələndə onu XİN-in hansısa bir protokol rəhbəri qarşılayıb. Çinə gəldikdə Nazarbayevin getməsi loyal və ehtiramla qarşılanıb. Çin mediası Nazarbayevi SSRİ-nin tezliklə dağılmasının tərəfdarı kimi qiymətləndirirlər. Onun getməsini isə Qazaxıstanın iqtisadi uğursuzluqları kimi qələmə verirlər. Hazırda Qazaxıstan üçün proseslərin iki variantı mövcuddur. Birinci variant odur ki, Tokayev prezidentlik kürsüsünə uzun müddətli əyləşib. Nazarbayev onu 2020-ci ildə prezident seçkilərində qalib görmək istəyir. Və Nazarbayev getdikdən sonra ölkənin tam sahibinə çevrilir. İkinci variant isə odur ki, spiker postuna qızı Dariq Nazarbayev seçilib. Bu fakt onun prezident kürsüsünə yüksəlməsi imkanlarını genişləndirir. Bu versiyanı gücləndirən odur ki, Tokayev insani keyfiyyətləri və siyasi təcrübəsi ilə natura kimi lider deyil. Bu mənada ölkədə xeyli məşhurlşan və siyasi təcrübəyə malik olan Dariqaya uduzur”.

Azər
banner

Oxşar Xəbərlər