• cümə axşamı, 25 aprel, 21:02
  • Baku Bakı 21°C

“Naxşıcahan – Naxçıvan” sənədli filmi TRT AVAZ kanalında

22.07.14 14:56 1304
“Naxşıcahan – Naxçıvan” sənədli  filmi TRT AVAZ kanalında
TRT-nin Bakı təmsilçisi Əmrah Timuçin Yazıcı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibəti ilə 2 hissə, 30 dəqiqədən ibarət sənədli film hazırlayıb. Sənədli filmdə, Türkiyə və Azərbaycan arasında körpü olan və bu iki ölkəni bir-birinə bağlayan, illərlə mühasirədə qalan, ancaq heç kimə boyun əyməyən Muxtar Respublikadan- Naxçıvandan bəhs edilir. TRT-nin Bakı Təmsilçiliyindən “Kaspi”yə verilən məlumata görə, filmdə eləcə də Araz Türk Cumhuriyyətinin quruluşu və dağılması, Türk ordusunun Naxçıvanı erməni işğalindən azad etməsi, Mustafa Kamal Atatürkün İrandan satın alaraq Azərbaycanla tək quru sərhəd ərazisinin mövcudluğu, Sovet İttifaqının 70 illik əsarəti, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və yenidən üç rəngli bayrağın Naxçıvanda dalğalanması, Naxçıvanın mədəniyyəti, adət-ənənələri, Əshabi-Kəhf ziyarətgahı, Həzrəti Nuhun məzarı, Möminə Xatun türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ofsunlayan Batabat yaylası - bütün bunlar “Naxşıcahan – Naxçıvan” sənədli filmində bütünlüklə öz əksini tapıb.
“Naxşıcahan –Naxçıvan” sənədli filminin 1-ci hissəsi 23 iyul tarixində, Bakı vaxtı ilə 15.00-da TRT AVAZ kanalında yayımlanacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər